Çərşənbə axşamı , 31 Mart 2020
Home » krimnal » Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi, 3 nəfər öldü

Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi, 3 nəfər öldü

Masallı rayonunda qətl hadisəsi baş verib.

Boyukmillet.com xəbərinə görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri baku.ws saytı yazıb.

Check Also

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyanın Petrozavodsk şəhərində Azərbaycan vətəndaşı qonşusu tərəfindən qətlə yetirilib. Boyukmillet.com “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, …