Çərşənbə axşamı , 29 Sentyabr 2020
Home » Dünya » Medvedev Azərbaycan və erməni diasporlarına xəbərdarlıq edib

Medvedev Azərbaycan və erməni diasporlarına xəbərdarlıq edib

Rusiyanın sabiq Prezidenti və Baş Naziri, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan və erməni diasporlarını məsuliyyətli olmağa çağırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “PolitStartap” layihəsinin iştirakçıları ilə görüşdə D. Medvedev Rusiyada Ermənistan və Azərbaycandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib.

“Bütün bunlar, yəni Dağlıq Qarabağ münaqişəsi xarici problemdən daxili problemə çevriləndə, bu diasporlar da öz məsuliyyətlərini hiss etməlidirlər”, – deyə D. Medvedev vurğulayıb.

Check Also

Правда на нашей стороне!

«Азербайджанский народ должен жить на своей земле. Изгнанные армянами люди хотят вернуться в свои родные …