Cümə axşamı , 27 Mart 2025
Drone Cameras

Mehriban Əliyeva pilotun ailəsinə başsağlığı verdi, əklil göndərdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin “MiQ-29” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.
boyukmillet.com-un məlumatına görə, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Check Also

Türk gənc erməniləri ŞOKA SALDI: İrəvanın mərkəzində “yerazlara salam” – VİDEO

Türk gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə yayılaraq, geniş rezonans …