Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Gündəm » Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verdi

Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verdi

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Check Also

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub – EKSKLÜZİV

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı …