Cümə axşamı , 18 Avqust 2022
Home » Manşet » Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Boyukmillet.com xəbər verir ki, M.Əliyevanın rəsmi “Instagram” hesabında yer alan təbrikdə deyilir:

“Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”

Check Also

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə …