Bazar ertəsi , 25 Sentyabr 2023

Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir:

“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.

Check Also

Türkiyə Prezidenti Naxçıvana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər …