Cümə axşamı , 23 Mart 2023

Metroda aparat işləmədi, sərnişinlər pulsuz keçdi

Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

Boyukmillet.com xəbər verir ki metropolitenin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: “Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.

Check Also

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı …