Şənbə , 9 Dekabr 2023

Metroda qiymət artımı əhalinin sosial durumuna mənfi təsir göstərəcək

Son günlər metroda qiymət artımının baş verəcəyi ilə bağlı fikirlər səslənir. Bildirilir ki, metroda gediş haqqının 70 qəpiyə qaldırılması nəzərdə tutulur.

İqtisadi Təhlil və Qiymətləndirmə Cəmiyyəti hesab edir ki, metroda qiymət artımının çox ciddi fəsadları olacaq. 

Boyukmillet.com xəbər verir ki, metroda qiymət artımı əsas etibarilə tələbələrə mənfi təsir edəcək:

“Təsəvvür edin ki, tələbə Həzi Aslanov metrosundan Bakı Dövlət Universitetinə gəlmək üçün indi iki dəfə çox xərc çəkməli olacaq. İstər metroyla gəlsin, istərsə də avtobusla. Hesab edirik ki, metronun qiymətinin 70 qöpiyə qaldırılması həddən artıq düşünülməmiş qərar olar”.

Cəmiyyətdən o da bildirilib ki, metroda gediş haqqının artırılması bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayının kəskin dərəcədə azalmasına gətirib çıxaracaq.

Check Also

60 yaşlı Şirvan şəhəri yüksəliş yollarında

Mən bu şəhərdə doğulub böyümüş, yaşa dolmuşam. İndiki Şirvan (keçmiş Əli Bayramlı) gözlərim qarşısında yüksəliş …