Çərşənbə axşamı , 15 İyun 2021
Home » Manşet » Millət vəkili Əziz Ələkbərli Deportasiya Muzeyini ziyarət etdi – FOTOLAR

Millət vəkili Əziz Ələkbərli Deportasiya Muzeyini ziyarət etdi – FOTOLAR

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və təşkilatın sədr müavini Fəxrəddin Nəbiyev, Aparat rəhbəri Abduləli Həsənov, İdarə Heyətinin üzvü Ramiz Əzizoğlu Bakı şəhərinin Binəqədi rayonundakı 99 saylı orta məktəbdə “Heydər Əliyev adına Deportasiya olunmuş azərbaycanlıların tarix-diyarşünaslıq muzeyi”ndə olmuşlar.

Muzeyin rəhbəri Sayad Rəfiyev qonaqlara muzeyin yaranması və eksponatları haqqında ətraflı məlumat vermişdir.

Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Arçut kəndindən olan S.Rəfiyev Bakıda ali təhsilini bitirdikdən sonra 1988-ci ilə qədər doğma Arçut kənd məktəbində tarix müəllimi işləmiş elə burada da Tarix-diyarşünaslıq muzeyi yaratmışdır.

1988-ci il qaçqınlığı zamanı muzeyin tariximizin və mədəniyyətimizin bir parçası olan nadir eksponatlarını özü ilə Bakı şəhərinə gətirmiş və burada tarix müəllimi kimi fəaliyyətini davam etdirdiyi 99 saylı məktəbdə ona yeni həyat vermişdir.

Millət vəkili Əziz Ələkbərli muzeylə tanışlıqdan sonra Muzeyin Xatirə kitabına ürək sözlərini yazmışdır.

Əziz Ələkbərli: “Elə hesab edirəm ki, tarixi torpaqlarımızın bir parçası olan və qeyrətli oğullarımız tərəfindən düşmən əlindən xilas edilib gətirilən bu eksponatların bir mərkəzdə toplanmasının və Qərbi Azərbaycan Muzeyinin yaradılmasının zamanı çoxdan çatmışdır. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, erməni saxtakarlıqlarına qarşı bütün müstəvilərdə mübarizə aparmaq lazımdır. Azərbaycana çoxlu xarici nümayəndələr, turistlər gəlir, sabah daha çox gələcəklər, biz Zəngəzurun, Göyçənin, İrəvanın bizim tarixi torpaqlarımız olduğunu onlara necə çatdıracağıq? Əlbəttə, bunun bir yolu da Qərbi Azərbaycan Muzeyindən keçir, – deyə bildirmişdir.

Millət vəkili bu məsələni Milli Məclisin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyi qarşısında qaldıracağına söz vermişdir.

image desc
image desc
image desc
gallery
gallery
gallery
gallery
gallery

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi həlak olan jurnalistlərlə bağlı bəyanat qəbul edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və …