Çərşənbə , 21 Oktyabr 2020
Home » Cəmiyyət » Millət vəkili Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTO

Millət vəkili Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTO

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra millət vəkili rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında görülən işlərlə tanış olmuşdur. Məlumat üçün bildirək ki, parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaqdır. Həsənabad kəndində də aparılan işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə parkın açılışı olacaq.

Check Also

Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın …