Çərşənbə axşamı , 29 Aprel 2025
Drone Cameras

Millət Vəkili Saatlı rayonunda yaşayan Ahıska türklərinə ərzaq yardımı etdi-FOTOLAR

Prezident İlham Əliyevin çağırışı ilə bütün ölkədə koronavirus epidemiyası ilə bağlı zərər çəkmiş aztəminatlı ailələrə ərzaq yardımı davam edir.

Saatlı rayonundan millət vəkili seçilən Əziz Ələkbərlinin təşəbbüsü ilə Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyəti Saatlı rayonunda məskunlaşmış aztəminatlı Ahıska türk ailələrinə ərzaq yardımı göstərib.

“Respublikada karantin rejiminin tətbiq edildiyi ilk günlərdə Saatlı rayonunda yaratdığımız Müvəqqəti Operativ Qrup (MOQ) xeyli vaxtdır ki, Saatlı rayonundakı aztəminatlı ailələrə ərzaq yardımı edir.

Belə bir vaxtda biz Qərbi Azərbaycanlılarla, demək olar ki, eyni taleyi yaşamış Ahıskalı qardaş-bacılarımızı yaddan çıxara bilməzdik. Ona görə də təşkilatımızın xeyirxah insanlarının təşəbbüsü ilə Saatlı rayonunda belə bir addımı atmaq qərarına gəldik. Bununla bir daha demək istədik ki, biz birlikdə güclüyük!” – deyə Qərbi Azərbaycan İcmasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli“Yeni Gündəm”-ə bildirib.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …