Cümə , 12 Avqust 2022
Home » Cəmiyyət » Millət vəkili seçiciləri ilə susuz qalan əkin sahələrini gəzdi – Təqdirəlayiq addım – FOTOLAR

Millət vəkili seçiciləri ilə susuz qalan əkin sahələrini gəzdi – Təqdirəlayiq addım – FOTOLAR

Yayın qızmar günlərində əksəriyyətin istirahət məkanlarına çəkildiyi bir vaxtda Saatlı rayonunun millət vəkili Əziz Ələkbərli seçiciləri ilə birlikdə əkin sahələrində görüntülənib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Millət vəkili öz “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Hər il olduğu kimi, bu il də pambığın suvarma dövründə Saatlı əhalisi çətin günlər yaşayır. İnsanlar aylarla çəkilən əziyyətin, torpağa qoyulan xərcin bir neçə günün içində havaya sovrulması təhlükəsi ilə üz-üzə qalmasınlar deyə, var qüvvələri ilə çalışırlar. Çünki, əhali gözəl bilir ki, indi əziyyət çəkilməsə,  ailələrin müflisləşməsi, pambıq zavodlarına borclanması problemi yarana bilər.

 Belə məqamda təbii ki, neqativ hallar da qaçılmazdır, hamı çalışır ki, hansı yollarlasa pambıq sahəsini suvarsın.

Amma ən əsası, əhali səs verib seçdiyi, problemlərinə ortaq olan bir məmurun, millət vəkilinin onların yanında olmasına daha çox ehtiyac duyur.

62 saylı Seçki Dairəsindən seçilmiş millət vəkili Əziz Ələkbərli də bir daha suvarma ilə bağlı əziyyət çəkən Saatlı camaatının bu çətin günlərində onların yanında  olmaqla nümunəvi addım atıb.

“Su ilə bağlı bütün çətinliklərə baxmayaraq, Saatlıda kəndli bol məhsul götürmək üçün var gücü ilə çalışır. Mən də bir anlıq gənclik illərimə qayıdıb, əlimə bel aldım, bilmirəm, kəndli qardaşıma köməyim dəydi, ya yox…” – deyə, o öz sosial şəbəkə profilində arx başında fotolarını paylaşıb.

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …