Şənbə , 21 Sentyabr 2019
Home » Mədəniyyət » Milli Kitabxanada “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” adlı kitab sərgisi açılıb

İyunun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan boyukmillet.com-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən dünya əhalisi 26 iyun tarixini Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edir.

Check Also

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Təhsil Nazirliyi ilə birgə 6-16 yaş kateqoriyasında olan məktəblilər …