Bazar , 1 Oktyabr 2023

Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək

“Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Bu barədə parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihəni Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərib.  

Qanun layihəsi Milli Məclisin sabah – oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, parlamentin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib.

Check Also

“Ay Ruslan müəllim, necə olur ki, 3000 manat alan kimi qaz yanır?!” – ETİRAZ

“Bura Sulutəpə qəsəbəsindəki yeni yaşayış massivində vətəndaş Röyal Dünyamalıyevin evidir”. DİA.AZ bildirir ki, bunu öz …