Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Milli Məclisin deputatı fransalı nazirin Azərbaycanla bağlı əsassız fikirlərinə cavab verib

“Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Ötən həftə deputat həmkarları ilə Fransada səfərdə olduğunu xatırladan S.Məmmədov Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatanla görüşdüyünü vurğulayıb: “Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir”.

“Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün ilk növbədə Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik. Fransa parlamentində Cənubi Qafqazdakı reallıqları düzgün qiymətləndirməyi bacaran, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu başa düşən həmkarlarımızla daha sıx işləməyi düşünürük”, – Soltan Məmmədov əlavə edib.

Check Also

Parlamentdə kök atmış deputatlar

Siyasətçilər deyir ki, YAP xalqın istəyi ilə deyil, öz xətti ilə hərəkət edir Sentyabrın 1-də …