Cümə , 10 Aprel 2020
Home » Manşet » Milli Məclisin iclasları dayandırıldı

Milli Məclisin iclasları dayandırıldı


Milli Məclisin plenar iclasları dayandırılıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA -ya bildirib ki, qanun layihələri prosedura uyğun olaraq əvvəl Milli Məclisin komitələrində müzakirə olunur: “Müzakirə olunduqdan sonra qərar qəbul olunur və layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilir, sonra isə iclasda müzakirəyə çıxarılır. Əgər komitələr hələlik qanun layihələrinin müzakirəsi məsələsini dayandırıbsa, Milli Məclisin plenar iclasının da nə vaxt keçiriləcəyi barədə daha sonra məlumat verəcəyikk. Komitələr nə vaxt işinə başlayacaqsa, ondan sonra plenar iclas təyin olunacaq”.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar Baş nazirin göndərdiyi məktubda əksini tapan təlimatlara uyğun olaraq parlamentin komitə və komissiyalarının iclaslarının bu gündən dayandırıldığını bildirib.

Check Also

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və …