Cümə , 13 Dekabr 2019
Home » Dünya » Milli Məclisin rəhbərliyi tam dəyişəcək

Milli Məclisin rəhbərliyi tam dəyişəcək

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi müxtəlif mülahizələr səbəb olub.

YAP bununla bağlı bu gün qərar qəbul edib. Yaxın günlərdə isə Prezident İlham Əliyevin Milli Məclisi buraxacağı gözlənilir. Mülahizələrdən biri budur ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq Milli Məclis hazırki tərkibdən kəskin fərqlənəcək.

Yeni parlamentdə biznesmen, dövlət qurumlarında vəzifə tutan, pensiya yaşını ötmüş, 10 ildən artıq mandat daşıyan və açıqlamaları ilə hakimiyyəti hədəfə gətirən deputatlar təmsil olunmaya bilər. Hətta Milli Məclisin rəhbrəliyinin də dəyiçəcəyi ehtimal olunur.

Qeyd edək ki, 73 yaşlı vitse-spiker Valeh Ələsgərov bu günlərdə Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. Bu fakt onun yeni parlamentdə təmsil olunmayacağı barədə ehtimalları bir qədər də gücləndirir.

Spiker Oqtay Əsədov, birinci vitse-spiker Ziyafət Əsgərov və vitse-spiker Bahar Muradovaya gəlincə, onlar uzun müddətdir ki, Milli Məclisdə təmsil olunur. Oqtay Əsədov 19 ildir ildir mandat daşıyır. O, 2000-ci ildən deputat, 2005-ci ildən isə spikerdir.

Ziyafət Əsgərovun isə parlamentari kimi stajı 24 ildir. O, 1995-ci ildən deputat, 2000-ci ildən vitse-spiker, 2005-ci ildən birinci vitse-spikerdir. Bahar Muradova 2000-ci ildən deputat, 2005-ci ildən vitse-spikerdir.

Check Also

125 dairənin az qala hamısından namizədlər irəli çıxaran müxalifət partiyaları – yetərli kadr potensialı ortaya qoya biləcəklərmi…

Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin …