Cümə axşamı , 9 Aprel 2020
Home » Manşet » Milli Qəhrəmanlar Ukraynadakı sabiq səfirə qarşı edilən təxribatı pislədiklərini bir daha təsdiqlədilər – BƏYANAT

Milli Qəhrəmanlar Ukraynadakı sabiq səfirə qarşı edilən təxribatı pislədiklərini bir daha təsdiqlədilər – BƏYANAT

Azərbaycan Respublikasının bir neçə  Milli Qəhrəmanı son vaxtlar adlarının bəzi saytlar vasitəsilə hallandırılmasına, müsahibə vermədikləri halda onların adındam müəyyən əsassız fikirlərin səslənməsinə aydınlıq gətirən bəyanat yayıblar.  Həmin bəyanatın bir sürəti Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi tərəfindən göndərilib.  Bəyanatı olduğu kimi təqdim edirik:

“Bildiririk ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək,  Azərbaycanın Milli Qəhrəmanı kimi bizlər dövlət və dövlətçilik naminə bu gün xidmət göstərməklə yanaşı, möhtərəm Pirezidentimiz İlham Əliyev сənabları tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəkləyirik.  Hər bir an dövlətimizin yanında olmuşuq və bundan sonrada yanında olacayıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərancamına əsasən Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfirinin müddətinin başa çatması ilə bağlı  geri çağrılmasından sonra, həmin ölkədəki diaspor adı ilə pərdələnən bəzi qüvvələr Azərbaycan xalqının adına ləkə gətirən yığıncaq təşkil edərək, möhtərəm Prezidentimizin səlahiyyətli nümayəndəsi və dövlətimizin diplomatının şərəf və ləyaqətini alçaldan, etikadan kənar əxlaqsız hərəkətlərə yol verilmişdilər. Qeyd edək ki, onların bu hərəkəti  düşmənimiz erməniləri çox sevindirmişdi. Təsadüfi deyil ki, həmin rəzil hərəkət erməni KİV-ləri tərəfindən tirajlanaraq, bir neçə gün gündəmdə saxlanılmışdı.  Biz bir neçə Milli Qəhrəman bu hadisəyə kəskin etirazımızı bildirmişik. Lakin adını juranlist qoyan bəzi şəxslər,  zəng edərək,  bizdən hansısa dövlət maraqlarına zidd olan bəyanata imza atıb-atmamaqla bağlı sual veriblər. Sonradan bizə məlum oldu ki, bunu edən adamların xüsusi marağı olub və məqsədli şəkildə çaşdırıcı məzmunda sualı məhz bizə ünvanlayıblar. Təbiidir ki, biz dövlətimizin maraqlarına uyğun olmayan hər hansı bəyanata imza atmadığımızı bildirmişdik. Ancaq bu heç də bizim Ukraynadakı hadisəni pisləməyimizi təkzib etməyimiz anlamına gələ bilməz. Nəticədə bizə sual ünvanlayan və özünü Azərbaycan Parlamentinin təmsilçisi kimi təqdim edən şəxs bizim icazəmiz olmadan adımızdan müxtəlif saytlarda güya əvvəl dediklərimizi təkzib etdiyimizə dair  yanlış məqalə yerləşdirib. Biz həmin saytlara bir-bir zəng edib etiraz etsək də, onlar adımızdan yayılan  yanlış məqaləni öz  KİV-lərindən  silməyiblər.

Biz Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfirin fəaliyyəti müddətində hər hansısa bir nöqsanı barədə söylənmiş fikirlərə yox, sadəcə , Azərbaycan Respublikasının diplomatna qarşı edilmiş, insanlığa sığmayan kampaniyanı Azərbaycan xalqına qarşı edilmiş təhqir kimi qiymətləndiririk.

Bir daha bəyan edirik ki,  biz Azərbaycanın Milli Qəhrəmanları olaraq, daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının siyasi kursunu dəstəkləməklə yanaşı, Azərbaycan Respublikasının diplomatına qarşı edilən qeyri – etik olaylara və bizə yanlış məlumat verərək , bizim söylədiyimiz fikirlərdən sui – istifadə etməklə müxtəlif mətbu orqanlarda verilmiş məlumatlara etirazımızı bildiririk.  Dərhal həmin  saytlardan  bizim adımızdan verilmiş məlumatların yığışdırılmasını tələb edirik.

  Hörmətlə,

1.    Quliyev Zabit Adil oğlu  – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

2.    Quliyev Mirzə Məcid oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

3.    Əliyev Ehtiram İsrail oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

4.    Məmmədov Sahil Ələmdar oğlu -Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

Check Also

65-dən yuxarı yaşlı dustaqların əfvini siyasiləşdirmək kimlərin işinə yarayır…

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 …