Şənbə , 24 Oktyabr 2020
Home » Siyasət » MM Sədri: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”

MM Sədri: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”

“Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin  toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır:

“Hesab edirik ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək məqsədi ilə oradan qovulmuş Azərbaycan əhalisini öz daimi yaşayış yerlərinə geri qaytarmaq və onların erməni əhalisi ilə bərabər şəkildə məişətini və təhlükəsizliyini təmin etmək lazımdır. Ancaq bundan sonra hər hansı bir statusun verilməsindən danışmaq olar. Azərbaycan tərəfi ölkənin bu bölgəsinin hər iki icmasının faydalanacağı bütün zəruri tədbirləri həyata  keçirməyə hazırdır”.

Check Also

Prezident: “Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, bütün kommunikasiyaları açacağıq”

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …