Çərşənbə , 25 May 2022
Home » Cəmiyyət » Modern İnkişaf və Ailə İB sədri müqəddəs Ramazan bayramı münasibəti ilə şəhid analarını və qaziləri bir araya gətirərək iftar süfrəsi açdı

Modern İnkişaf və Ailə İB sədri müqəddəs Ramazan bayramı münasibəti ilə şəhid analarını və qaziləri bir araya gətirərək iftar süfrəsi açdı

Boyukmillet.com xəbər verir ki, Nəsimi rayon Ağbirçəklər Şurasının,
Modern İnkişaf və Ailə İB sədri Zərifə Quliyeva, müqəddəs Ramazan bayramı münasibətilə şəhid analarını və qaziləri bir araya gətirərək iftar süfrəsi açdı.

Zərifə xanım ictimai sektorda vətənpərvər, insansevər, millətinə, dövlətinə sədaqətli bir Azərbaycan QADINI olaraq tanınır.
Dostluğa, səmimiyyətə dəyər verən bir ziyali olmağla, şəhid , qazi adı gələndə heç nəyi əsirgəməyən və onların qəlblərini sevindirən bir ağbirçəkdir. Hər bir şəhid anası və qazilərlə görüşərkən onlara mənəvi və maddi dəstək verməkdən zövq alır.

İftar süfrəsində əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqə sükutla yad edildi. Zərifə xanım iştirakçıları Ramazan bayramı münasibəti ilə təbrik edərək, vətənimizə əminamanlıq, qazilərimizə can sağlığı arzuladı.
Tədbirdə RİH- nin müavini Gülarə xanım, YAP rayon təşkilatının sədri Azər müəllim də RİH başçısının təbriklərini çatdıraraq, Zərifə xanıma belə bir tədbiri təşkil etdiyinə görə təşəkkür etdilər.
Tədbirdə RVT-nın əməkdaşları, Nəsimi rayon VT- nın sədri Validə xanım və veteranlar da iştirak edirdilər
Şəhid anaları və qazilər Zərifə xanıma, onlara dəfələrlə göstərdiyi qayğılardan
söz açaraq , ona təşəkkür etdilər.
Dövlətimizin bu gün qazilərə və şəhid ailələrinə göstərdiyi yüksək qayğınin şahidiyik. QHT dədri Zərifə Qulyevanın əməlləri vətəndaş cəmiyyətində fəaliyyət göstərənlərə bir nümunədir. Biz hamılıqla ölkə rəhbərinin işlərinin davamlı olması üçün birlik göstərməliyik. Şəhid ailələri, qazilər baş tacımızdır, bu gülərə görə onlara borcluyuq.
Ramazan bayramınız mübarək olsun!

Yasəmən Möhübbətqızı,
“Dövlət və Qanun” qəzetinin baş redaktoru,
AJB-nin üzvü, Beynəlxalq Sülh Səfiri.

Check Also

Nefçala rayonunda şəhid ailələri üçün tədbir keçirilib

23 may 2022- ci il tarixdə Neftçala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin …