Cümə axşamı , 1 Dekabr 2022
Home » Xarici siyasət » Moldova səfiri İlham Əliyevi Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib

Moldova səfiri İlham Əliyevi Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib

Moldovanın Azərbaycana təyin edilmiş yeni səfiri Aleksandr Esaulenko Prezident İlham Əliyevi Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib.

Boyukmillet.com xəbər verir ki, səfir təbriklərini noyabrın 24-də Prezidentə etimadnaməsini təqdim edərkən çatdırıb.

“Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim”, – Aleksandr Esaulenko Azərbaycan dilində deyib.

Check Also

Ərdoğan: “Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”

“Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti …