Bazar ertəsi , 26 Avqust 2019
Home » Dünya » Moskva yenə qarışdı – 700-dən çox etirazçı həbs edildi

Moskva yenə qarışdı – 700-dən çox etirazçı həbs edildi

Moskvada şənbə günü, müxalifyönlü namizədlərin sentyabr ayında Moskvada keçiriləcək seçkidə iştirakının qarşısını alınmasına etiraz olaraq növbəti aksiya keçirilib.

boyukmillet.com xəbər verir ki, şəhərin iki meydanında keçirilən icazəsiz aksiyalarda çox sayda insan iştirak edib.

Moskvada azad seçki tələbi ilə keçirilən aksiyanın iştirakçılarına polisin sərt müdaxiləsindən sonra 700  nəfər həbs edilib. Rusiya Daxili İşlər Nazirliyi isə 600 nəfərin saxlandığını bildirir.

Saxlananlar arasında müxalif siyasətçi Aleksey Navalnı və “Korrupsiya ilə Mübarizə Fondu”nun vəkili, məşhur fəal Lyubov Sobol da var. Sobol aksiyadan bir neçə dəqiqə əvvəl saxlanıb. Polis onu taksidən endirib və polis maşınına salıb.

Qeyd edək ki, etirazçıların əsas qəzəbinə səbəb bir sıra müxalifyönlü namizədlərin Moskvada keçiriləcək seçkidə iştirakının qarşısını almaqdır. Namizədlər arasında həbs olunan müxalif siyasətçi Aleksey Navalnı da var.

Rəsmilər deyir ki, müxalif namizədlər qeydiyyatdan keçmək üçün kifayət qədər imza toplaya bilməyib. Namizədlər isə deyir ki, bu yalandır və qalib gələ biləcəklərinə inandıqları seçkidə iştirak etməkdə israr edir.

“Onlar ayaqlarını üstümüzə silir” – deyə, şənbə günü etirazda iştirak edən tələbə Yelena bildirib.

Bir digər iştirakçı 61 yaşlı mühəndis Yevgeni Snetkov rəsmilərin müxalif namizədlərin seçkidə iştirak etməsinin həyasızca qarşısını aldığını deyib. “Mənim etiraz etməkdən başqa seçimim yox idi”, o deyib.

Polis bir həftə öncə bənzər etirazda 1000-dən çox insanı həbs edib. Rəsmilər şənbə günü keçirilən etirazdan öncə evlərdə axtarışlar aparıb və bir neçə nəfəri həbs edib, onları kütləvi iğtişaş yaratmaqda ittiham edib.

Check Also

Pakistan beynəlxalq ictimaiyyətə çağırış etdi – Hindistanın Kəşmirdə yaxınlaşan soyqırımının qarşısını alın…

Pakistan Baş naziri İmran Xan, Hindistanın işğal etdiyi Kəşmirdə gözlənilən soyqırım təhlükəsinin qarşısını almaq üçün …