Bazar ertəsi , 18 Oktyabr 2021
Home » DİN » Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirillvə ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

Boyukmillet.com xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.

Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

Check Also

İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisi bağlanıb

“Bakıdakı Hüseyniyyə məscidi bağlanıb”. Bunu  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov …