Çərşənbə , 5 Oktyabr 2022
Home » Dünya » Mövlud Çavuşoğlu: “Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir”

Mövlud Çavuşoğlu: “Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir”

“İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.

“PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. Biz həmişə deyirik ki, terror təşkilatları həm İraq, həm də bizim üçün təhdiddir. Əgər yerli rejim terrorla mübarizəni bacarmırsa, biz bunu edərik. İraq hakimiyyəti terrorla uğurlu mübarizə apara bilmir. Təxribatların davam etməsinin səbəbi də budur”, – o bildirib.

M.Çavuşoğlu söyləyib ki, Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir: “Onlar terrorçuları ərazidən çıxarmalı idilər. Amma bunu etmədilər. ABŞ hələ silah dəstəyini davam etdirir. ABŞ buna izahat verməlidir”.

Check Also

ABŞ-ın “Ronald Reyqan” nüvə aviadaşıyıcısı Yapon dənizinə qayıdır

ABŞ-ın “Ronald Reyqan” nüvə aviadaşıyıcısı Şimali Koreyanın raket buraxılışları fonunda Yapon dənizinə qayıdacaq. Boyukmillet.com xəbər …