Şənbə , 25 Mart 2023

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Check Also

Ukraynalı general: “Həyatım boyu Heydər Əliyevdən nümunə götürmüşəm” – EKSKLÜZİV

“Mənim peşəkar fəaliyyətimdə Heydər Əliyevin mühüm rolu olub” Ukrayna daxili işlər nazirinin keçmiş birinci müavini, deputat, …