Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Müharibə veteranına şəxsi maşının yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar – Videomüsahibə

Şəkildə gördüyünüz bu zabit oğlanı iki gün əvvəl nazir Kəmaləddin Heydərovun əmri ilə FHN sıralarından uzaqlaşdırıblar. Leytenant Məmmədov Toğrul Elşən oğlu FHN-nin tabeliyindəki Xüsusi Risqli Xilasetmə Xidmətində qulluq edib.

Atası Elşən Məmmədov Azinforum.az İnformasiya Portalına verdiyi eksklüziv videomüsahibədə oğlunun işdən çıxarılma səbəbini maraqlı və heyrətdoğuran amillərlə izah edib. Bildirib ki, oğlunun xidməti iş yeri olan ərazidə FHN-nin başqa iki qurumu da fəaliyyət göstərib. İnzibati bina Suraxanı rayonu ərazisində yerləşib.

Toğrul görürki ərazi üzrə Yanğından Mühafizə İdarəsinin rəisi Vüqar İsmayılov özünün və atasının şəxsi maşınını inzibati binanın həyətində tabeçiliyindəki işçilərə yuduzdurur. Maşını yuyanların sırasında 44 günlük müharibənin iştirakçısı, 7 medalla mükafatlandırılan bir veteranın da olduğunu görəndə Leytenant Məmmədov dözə bilmir və rəis Vüqar İsmayılova öz iradını bildirir. Rəisin isə cavabı belə olur: “Ged öz işinlə məşğul ol”.

Bundan sonra leytenant Məmmədov bütün bu mənzərənin fotolarını əldə edərək, yaşanan özbaşınalıqla bağlı nazir Kəmaləddin Heydərova şikayət ünvanlayır. Təbiidir ki, şikayətə faktı sübut edən fotoşəkilləri də əlavə edir. Atasının dediyinə görə, elə bundan sonra da Toğrulun qara günləri başlayır. FHN-nin Daxili Təhqiqat İdarəsinin apardığı yoxlamanın sonunda belə qərar verilir ki, şikayətdə qeyd olunan faktlar öz təsdiqini rapmadı. (?)

Sonra şikayətçi leytenanta Vüqar İsmayılovla barışmaq təklif edilir, ancaq Toğrul yenə də məsələnin obyektiv araşdırılmasını tələb edir. Sonda çanaq Toğrulun başında çartlayır və onu nazirin əmri ilə işdən azad edirlər. İşdən çıxarılma ilə bağlı əmrin sürəti hələ də Toğrula təqdim olunmur. Yalnız rəhbərlikdən sevincək şəkildə gəlib deyiblər ki, özünə aid nə varsa götür və bunanı tərk et, sən tutduğun vəzifədən azadsan.

Şərh bölümündə Toğrul Məmmədovla olan videomüsahibənin və deyilən mənzərəni əks etdirən fotoları da təqdim edirik. Azinforum.az olaraq, müsahibədə adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

Check Also

Odlu-alovlu səngərdən jurnaklistikaya

Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, İctimai Televiziyanın İnformasiya departamentinin Qarabağ müxbiri, Qərbi Azərbaycan İcmasının …