Cümə , 12 Avqust 2022
Home » Aktual » Narkotik cinayətlərini kimlər törədir? – STATİSTİKA

Narkotik cinayətlərini kimlər törədir? – STATİSTİKA

2020-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 233 nəfər cinayət törətmiş şəxs müəyyən edilİb.

Boyukmillet.com xəbər verir ki, bu şəxslərin 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.

Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,0 faizini qadınlar təşkil edir.

Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Check Also

Elşad Abdullayevin oğlu Sarkisyanın qızına 4.5 milyon borc verdi – FOTO-VİDEOFAKT

Azərbaycandan qaçaraq Fransaya sığınan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun  Moskvada ermənilərlə əməkdaşlığı …