Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Natiq Bədəlov təltif edildi

Tanınmış diaspor fəalı, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədr müavini Natiq Bədəlov mükafatlandırılmışdır. Ona Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən Milli Ordunun yaranmasının 100 illiyi münasibətilə medalı təqdim edilmişdir. Qeyd edək ki, Natiq Bədəlov Tatarıstan Milli Elmlər Akademiyasının akademikidir. O, Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında yaxından iştirak edib. 1993-1994 -ci illərdə Ümummili lider Heydər Əliyevin çağrışı ilə cəbhə bölgəsinə dəfələrlə humanitar yardım göstərilməsində yaxından təşkilatçı olub. Tatarıstan Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Tatarıstan prezidenti tərəfindən dəfələrlə təltiflərə layiq görülüb. Natiq Bədəlovun 60 illik yubileyidir .
Boyukmillet.com informasiya portalının kollektivi adından Natiq Bədəlovu həm yubileyi münasibətilə həmdə yeni təltif münasibəti ilə təbrik edirik.

Sima Babayeva

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …