Bazar , 21 İyul 2019
Home » Siyasət » NATO və Rusiyanın ali hərbi rəhbərləri görüş yeri kimi yenə Bakını seçdilər

NATO və Rusiyanın ali hərbi rəhbərləri görüş yeri kimi yenə Bakını seçdilər

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolterslə görüşəcək.

boyukmillet.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.

“Bakıda Baş Qərargah rəisi Valeri Gerasimov Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq”, – nazirlikdən bildiriblər.

Həmçinin, V.Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də görüşləri planlaşdırıldığı qeyd edilir.

Vurğulanıb ki, Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib.

Qeyd edək ki, V.Gerasimovla T.Uolters arasında iyunun 3-də telefon danışığı olub.

Bu, Rusiya və NATO generalları arasında Bakıda baş tutan dördüncü görüş olacaq. 

Check Also

Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı

Türkiyənin Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərini almasına cavab olaraq ABŞ-ın Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə …