Bazar ertəsi , 2 Oktyabr 2023

Naxçıvan Dövlət Universitetinin tədris və tədqiqat imkanları genişləndirilir

Naxçıvan Dövlət Universiteti üçün yeni kampus, elm və araşdırma xəstəxanası tikiləcək, ingilis dili təmayüllü orta məktəb fəaliyyətə başlayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə universitetin rektoru Elbrus İsayev bildirib.

Rektor qeyd edib ki, bu layihələrin icrasına yaxın vaxtlarda başlanılacaq və universitetin tədris, elmi-tədqiqat imkanları daha da genişləndiriləcək.

Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən böyük tədris kampusuna malik universitetdir.

Universitet Böyük Britaniyanın “Times Higher Education” nəşri üzrə dünya universitetlərinin reytinqin siyahısında da yer alır. Universitetdə 2 mindən artıq əcnəbi tələbə təhsil alır.

Check Also

Şərqşünas alimin məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent …