Şənbə , 8 Avqust 2020
Home » Dünya » Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirildi

Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirildi

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən hərbi hissə, tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Boyukmillet.com xəbər verir ki, nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda bölmələrlə müdafiə və hücum mövzusunda taktiki-sıra məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.

Taktiki-xüsusi hazırlıqdan pilotsuz uçuş aparatlarına qarşı mübarizə və hava hücumundan müdafiə üzrə döyüş atışlı nümayiş məşğələ keçirilib.

Bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən nümayiş məşğələdə qalx komandasından yat komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib. Şəxsi heyətin sağlamlığı və qidalanmasına nəzarət, sıra baxışı və yerbəyerin təşkili, fiziki və sıra hazırlığının, ictimai-siyasi və hüquqi maarifləndirmənin keçirilməsi, qarovul və sutkalıq naryadın hazırlanması, vətəndaşların qəbulu və “Günün nizam qaydaları”na uyğun digər tədbirlər nümayiş məşğələdə öz əksini tapıb.

4 gün davam edən toplantıda əsas məqsəd zabitlərin bölmələri idarəetməsi üzrə komandir keyfiyyətlərinin təkmilləşdirilməsi, məşq, məşğələ və təlimlərin təşkili və keçirilməsi üzrə hazırlıqlarının yoxlanılması olub.

Check Also

Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü

Ermənistanda tarix dərsliklərində “türk izi”nin olması ilə bağlı qalmaqal yaranıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan …