Bazar ertəsi , 5 İyun 2023

Naxçıvan şəhərinə ilk qar yağıb

anvarın 13-də gecə saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.
BOYUKMILLET.COM-un Naxçıvan bürosu xəbər verir ki, qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.
Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.
Qeyd edək ki, 2018-ci ildə muxtar respublikanın ərazisinə ilk qar dekabrın 28-də, 2017-ci ildə dekabrın 7-də, 2016-cı ildə isə oktyabrın 26-da yağıb.

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …