Cümə axşamı , 27 Mart 2025
Drone Cameras

Naxçıvan teleradiosunda keçirilən təlim kursu yekunlaşıb – FOTOLAR

https://boyukmillet.com  xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində  nitq mədəniyyətinin inkişafı üzrə növbəti təkmilləşdirmə kursu  başa çatıb. Naxçıvan teleradiosunda kadr hazırlığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi olan kursu əməkdaşlar üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Məmməd Səfa aparıb.  Avqust ayının 2-dən start verilən kursda televiziya və radionun redaktor, müxbir və aparıcı heyəti iştirak edib. Kurs müddətində iştirakçılar nitq mədəniyyətinin inkişafı məqsədilə müxtəlif mövzularda  nəzəri və praktiki biliklər əldə ediblər.

Kursun başa çatması münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Məmməd Səfaya səmərəli şəkildə apardığı təlimlər üçün   təşəkkür edib. Jurnalistlər üçün bu cür kursların keçirilməsinin  vacibliyini vurğulayıb. Qeyd olunub ki, teleradio əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, tamaşaçılara və dinləyicilərə daha yaxşı və keyfiyyətli verilişlərin təqdim olunması üçün   gələcəkdə də müxtəlif istiqamətlər üzrə kurslar davam etdiriləcək.    

Kursda fəal iştirak edən və imtahanlarda yüksək nəticə göstərən əməkdaşlara sertifikatlar verilib.

Qeyd edək ki, ustad dərsləri və təkmillədirmə kursları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  dəstəyi  ilə keçirilir. Bundan əvvəl isə teleoperatorlar üçün təkmilləşdirmə kursları keçirilmişdi.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …