Cümə , 19 İyul 2024
Drone Cameras

Naxçıvanda qeyri-yaşayış sahələri hərraca çıxarılacaq

İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzi dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.

Boyukmillet.com xəbər verir ki, hərracda muxtar respublikanın 6 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) daha 13 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq.

Əmlakların ilkin satış qiymətləri 1 350-4 600 manat arasında müəyyənləşdirilib.

Alıcı kimi iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edərək qeydiyyatdan keçə, əmlakın ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.

Check Also

Azərbaycan İtaliya şirkətləri ilə iqtisadi sahədə birgə fəaliyyəti müzakirə edib

Azərbaycanla İtaliya şirkətləri arasında iqtisadi sahədə birgə fəaliyyət müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat …