Cümə , 7 Noyabr 2025
Drone Cameras

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Check Also

Məhkəmə 2 milyon ələ keçirən dələduzu belə xilas edir – cinayət məsuliyyətindən qaçış planı işə düşüb!

Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə proses növbəti dəfə təxirə salınıb. Boyukmillet.com xəbər …