Şənbə , 1 Aprel 2023

Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Naxçıvan daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Boyukmillet.com xəbər verir ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə Vətən müharibəsinin 11 iştirakçısı, şəhid ailəsinin 5 üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Check Also

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, minik …