Cümə axşamı , 24 Sentyabr 2020
Home » Dünya » Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR

Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalı keçirilir.
Boyukmillet.com NAXCİVANXEBERLERİ.COM istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri həmin festivalda iştirak edir.
Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilən festivalda Azərbaycanımızı eləcədə onun ayrılmnaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva , Naxçıvan Dövlət Universitetinin “Təsviri İncəsənət “kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev , Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltaraş,musiqiçi Vədut Muəzzin təmsil edir.
Festivalın əsas hissəsi dənizdə keçirildiyindən, iştirakçılar iki gəmidə həm plenar ediblər, həm xüsusi olaraq dəniz altında plenar etmək üçün məşqlər keçiblər. Məşqlər 2 günlük, çox dərin məsafədə olmamaq şərti ilə professional dalğıclar tərəfindən keçirildikdən sonra, növbəti günlər su altında xususi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib.
Rəssamlarımızın gərgin iş prosesinə baxmayaraq, rəssam dostların əhatəsində 9 Noyabr “Dövlət Bayraq günü”nü də qeyd edərək foto vasitəsi ilə əbədiləşdiriblər.
Qeyd edək ki, Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında ümumilikdə 25 əsər işləyiblər.

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR

Check Also

Gələcək polislərin and içmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib. …