Cümə axşamı , 21 Oktyabr 2021
Home » Elm » Nazir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb”

Nazir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb”

“Uzun fasilədən sonra məktəblərin əyani qaydada tədrisə qayıtması münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədris ili çox fərqlidir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb. Bu mənada tədris ilinin mahiyyəti Vətən müharibəsində əldə edilmiş zəfərə, canından keçən şəhidlərin xatirəsinə həsr olunacaq”.

Nazir deyib ki, bu təqvim ilinin sonuna kimi 88 təhsil müəssisəsinin bərpası və yenidən qurulması planlaşdırılır: “Bu günə kimi 55-i açılıb və açılmaqdadır”.

Check Also

İsmayıllıda Vətən müharibəsində şəhid olmuş müəllimin ailəsi ziyarət edilib

Təhsil nazirinin müavini Firudin Qurbanov, mətbuat nümayəndələri İsmayıllıya mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid …