Cümə , 19 İyul 2024
Drone Cameras

Nazir: “Azərbaycan Ordusu 105 illiyini böyük uğurla qeyd edir”

“Azərbaycan ordusu 105 illik yubileyini çətin əməliyyat şəraitində, lakin böyük uğurla, yüksək döyüş hazırlığı və peşəkarlıqla qeyd edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov CBC telekanalına müsahibəsində deyib.

“Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ordusunun hərbi hissələrindən birinə baş çəkdi. Cənab Prezident çıxışı zamanı Azərbaycan ordusunun xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirib. Prezidentin rəhbərliyi altında silahlı qüvvələrin əsas inkişaf sahələrinə təsir edən yenidənqurma məsələləri davam edir. Bunlar silahlı qüvvələrin qurulması, onun strukturu, bütün sahələrdə kadr hazırlığı, hərbi təhsil, şəxsi heyətin hazırlığı, mütəxəssis hazırlığı, silahlanma məsələləri və Ali Baş Komandanımızın qeyd etdiyi kimi, son nəticədə Azərbaycan ordusunu güclü ordulardan biri səviyyəsinə çatdıran bir sıra digər məsələlərdir. Bilirsiniz ki, son reytinqlərdə Azərbaycan ordusunun yüksək peşəkarlığı xüsusi qeyd olunur”, – nazir bildirib.

Check Also

Zakir Həsənov Qazaxıstana səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik …