Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Nazir: “Həssas qrupa aid təbəqəyə hər il 7 milyard manat ödənilir”

Azərbaycanda hər il həssas qrupa aid təbəqənin sosial ödənişlərinə 7 milyard manat vəsait yönəldilir.

Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev III “Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimində bildirib.

Nazir deyib ki, ölkənin bugünkü gəlirləri bu vəsaiti ödəməyə imkan verir: “Növbəti illərdə də bu ənənəni qorumaq lazımdır. Təbii ki, bunun məsuliyyəti də ali rəhbərliyimizin üzərindədir”.

S.Babayev əlavə edib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır: “Hər bir sahədə böyük dinamizm və dəyişikliklər görürük”.

Check Also

Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul …