Çərşənbə , 26 Yanvar 2022
Home » Mədəniyyət » Nazir: “Prioritetlərimizdən biri Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”

Nazir: “Prioritetlərimizdən biri Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”

“Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev həm də uğurlu inkişaf siyasətinin rəhbəri olub. Onun uzaqgörən siyasəti nəticəsində
30 il ərzində Azərbaycan iqtisadi baxımdan öndə gedən ölkələrdən olub”.

Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

Nazir Ulu Öndər Heydər Əliyevin musiqinin, mədəniyyətin inkişafındakı rolundan danışıb: “Biz artıq ərazilərini, qürurunu bərpa etmiş Azərbaycanıq. Burada mədəniyyət də önəmlidir. Biz mədəniyyəti inkişaf etdirməklə həm də güclü müstəqil Azərbaycanı qururuq.

Yeni strategiya həm mədəniyyət sahəsinə yeni baxışdır. Niyyətimiz əcdadlardan qalan mirası gələcək nəsillərə ötürməkdir. Mədəniyyəti müstəqilliyimizin təzahürü kimi inkişaf etdirməkdir. Həmçinin mədəniyyətin iqtisadiyyatın inkişafına təkan verməsinə nail olmaqdır. Bütün strategiyanın əsası kimi cəmiyyətin inkişafında mədəniyyətin rolunu artırmaqdır”.

“2030-cu il üçün prioritet məsələlərdə də mədəniyyət yer alıb. Digər prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”, – Anar Kərimov vurğulayıb.

Check Also

Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov özünün tviterdəki hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovun …