Çərşənbə axşamı , 18 Fevral 2025
Drone Cameras

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.

Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib.

Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ləğv edilib.

Bundan başqa, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı da ləğv edilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Check Also

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. Boyukmillet.com xəbər verir ki, …