Şənbə , 31 İyul 2021
Home » Sosial müdafiə » Nazirlik: Yaşı 80 yaşdan yuxarı olan 1 260 şəxsin adına əmək müqaviləsi mövcuddur

Nazirlik: Yaşı 80 yaşdan yuxarı olan 1 260 şəxsin adına əmək müqaviləsi mövcuddur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan əmək müqavilələrinin (1,7 milyonadək müqavilə) ən çox hissəsi (28,1%-i və ya 464,3 mini) 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

E-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3%-i 41-50 yaşlarında, 20,1%-i 51-60 yaşlarında, 20%-i 21-30 yaşlarında, 9,7%-i isə 61-70 yaşlarında olan işçilərə aiddir.

Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1 260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.

Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Nazirlik yanında yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Check Also

Şəhid ailələri və qazilərlə bağlı Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin …