Çərşənbə , 26 Yanvar 2022
Home » Manşet » “Nazlı Saray”da toy edən vətəndaş aldadıldığını deyir – Restoran isə ittihamla razılaşmır – VİDEO

“Nazlı Saray”da toy edən vətəndaş aldadıldığını deyir – Restoran isə ittihamla razılaşmır – VİDEO

Bakı şəhər sakini Allahverdiyev Rəfael Mehdi oğlu Azinforum.az-a müraciət edərək bildirib ki, bu ilin oktyabr ayının 30-da 8-ci km-dəki “Nazlı Saray” adlı şadlıq sarayında toy edib, ancaq restoran rəhbərliyi razılaşdırılan şərtlərin çoxunu pozaraq onu aldadıb.

Şikayətçi deyir ki, onun toyu 4 saat davam etsə də, cəmi 3 saatın videoçəkilişini veriblər: “Vedoçəkilişdə söz verilən kran çəkilişi olmayıb. Ümumi çəkilişin keyfiyyəti isə çox aşağıdır. Restoranda menyuda göstərilən tortu deyil, əvəzində maket təqdim ediblər. Restoranda təbii şirə adı ilə verilən suları içən bir çox qonaqlar toydan sonra qarın ağrısına tutulublar. Bütün bunlar barədə Yalçın adlı administratora məlumat versəm də, “get hara istəyirsən şikayət et”-, deyir. Çox xahiş edirəm ki, bu məsələni ictimailəşdirəsiniz”. Şikayətçi deyir ki, ona vurulan maddi və mənəvi ziyana görə restoranı məhkəməyə verəcək.


Azinforum.az olaraq biz sözügedən restoranın da məsələyə münasibətini öyrəndik. Onların da mövqeyini təqdim edirik:

Check Also

MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb.  Nazirlikdən  bildirilib …