Bazar , 11 İyun 2023

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Xolqaraqaşlı kəndinin sakinləri, 1996-cı il təvəllüdlü Ələkbərov Tural Abuzər oğlu və 1997-ci il təvəllüdlü Zamanov Kamil Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinin həbs müddətinin uzadılmasına etiraz edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan …