Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Neftçalada yabanı halda bitmiş 12 ton çətənə kolu məhv edilib

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Kürkənd kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 12 ton olan 6000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Check Also

Ramil Usubovun qardaşı oğlu restoranda bıçaqlanıb

Nərimanov rayonunun keçmiş prokuror müavininə qarşı baş verənlərlə əlaqədar cinayət işi başlanıb Prezident yanında Təhlükəsizlik …