Bazar ertəsi , 15 İyul 2024
Drone Cameras

Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb

İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayişçilər hökumət başçısının iqamətgahına qanunsuz daxil olmağa cəhd ediblər.

Xatırladaq ki, iyunun 14-də polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə 4 nəfəri saxlamışdı.

Check Also

Xain çevriliş cəhdi: 15 İYUL 2016-CI İL

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Prof. Dr. Fahrettin Altun 15 iyul Demokratiya və Milli …