Çərşənbə , 5 Oktyabr 2022
Home » Müsahibə » Nihat Quluzadə: “8 saat yaralı döyüşdüm”

Nihat Quluzadə: “8 saat yaralı döyüşdüm”

44 günlük Vətən müharibəsi qazisi Baş Leytenant Nihat Qasım oğlu Quluzadə Boyukmillet.com- a müsahibə verib.

  • Hərbi sahəyə necə gəldiniz?
  • Hərbi sahəyə gənc yaşlarımdan həvəsim olduğu üçün gəldim. Təhsilimi Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə, Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbində davam etdirdim. Leytenant rütbəsi alaraq ordu sıralarında xidmətə başladım.
  • Siz 44 günlük Vətən müharibəsi iştirakçısınız. Döyüş zamanı keçirdiyiniz hislərdən danışardız.
  • Bizim yanımızda olan əsgərlərim, müddətdən artıq xidmət edənlər, zabit yoldaşlarım müharibənin başlayacağı saatı səbirsizliklə gözləyirdi. Düşmən üzərinə gedib torpaqlarımızı azad etmək ən böyük arzumuz idi.
  • İlk dəfə azad etdiyiniz məkanı xatırlayırsınzımı?
  • Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu işğaldan azad etmək bizim üçün fəxr idi. Özümlə və döyüş yoldaşlarımla qürur duyurdum. Sevincli bir hiss idi.
  • Döyüşdə yaralanmısınızmı?
  • Mübariz İbrahimovun şəhid olduğu postu azad edərkən düşmən snayperinin atəşə nəticəsində ayağımdan güllə yarası aldım. 8 saat yaralı döyüşdüm, sonra təxliyə olundum. Məni döyüşdən çıxarmaq istəsələr ə, bu 8 saatda öz döyüş yoldaşlarımı tək qoymaq istəmədim.
  • Nihat bəy, yaralı olaraq bu qədər uzun müddət davam gətirmək çətin olmadı?
  • Əsgərlərimin mənə verdiyi sevinc hissi, gözlərindəki qığılcım mənə ağrını hiss etdirməyə imkan vermədi.
  • Döyüş xatirələrinizdən unuda bilmədiyiniz bir an barədə danışardınız.
  • Bölük komandirimin şəhid olmağını unuda bilmirəm. Onu döyüşdən çıxartdığım an gözümün önündən getmir.

  • Günel Ayxan

Check Also

Sabir Rüstəmxanlı: “30 ildir haqqımda qara piar aparılır” – Müsahibə

Boyukmillet.com Kulis.az-a istinadən Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir. – Sabir bəy, yenə …