Bazar , 6 Dekabr 2020
Home » Dünya » Nikol İrəvanda rus bayrağından imtina etdi – Foto

Nikol İrəvanda rus bayrağından imtina etdi – Foto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Boyukmillet.com xəbər verir ki, fotolarda görüş zamanı yalnız Ermənistan bayrağı yer alıb.

Sözügedən görüntüyə görə, sosial şəbəkələrin rus seqmenti Ermənistan hökumətini tənqid edib.

“Rəsmi görüşdə bayrağın olmaması təhqirdir. Erməni tərəfi ədəb naminə Rusiyanın masaüstü bayrağını belə qoymadı. Digər ölkələrin nümayəndə heyətləri gəldikdə belə hallar baş vermir”, – Teleqram kanallarının birində yazılıb.

Ermənistan mediası fakta göz yummağa çalışsa da, sosial şəbəkələrdə bayrağın qoyulmamasını erməni hökumətinin hörmətsizliyi kimi qələmə veriblər.

“Ermənistan bayrağının yanına Rusiyanın bayrağını da qoya bilərdilər. Rusiyanın müharibədə bizə etdiyi köməkdən sonra heç olmasa dostyan bunu etmək mümkün olardı”, – Ermənistanın “Erməni Vendetta” Teleqram kanalı yazıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda səfərdədir.  /Axar.az/

Check Also

Dünya iqtisadiyyatını çətin aylar gözləyir

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pouel (Jerome Powell) dünya iqtisadiyyatının qarşıda bir neçə çətin ay …