Şənbə , 3 İyun 2023

Nikol Paşinyandan etiraf: “İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”

“İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”.

Boyukmillet.com Ermənistanın “İravunk” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək: “Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir”.

Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.

Check Also

Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onu …